AZ

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.
Aktual.az-ın məlumatına görə, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.
Plenar iclasda deputatlar "Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.
Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə "Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.
Qeyd edək ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Seçilən
64
14
Mənbələr
Şərh ()
Bağla