AZ

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb.Senzor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Qərar imzalayıb.Qərara əsasən, “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə” bölməsinə "Qarabağ Universiteti fəlsəfə doktoru üzrə" bəndi əlavə edilib.Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinə 21-ci hissə - "Qarabağ Universiteti" əlavə olunub.Həmçinin, “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilib. Bundan başqa, “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilib.

Seçilən
48
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26088
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25961
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18107
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15682
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14299
Sabah 20 dərəcə isti olacaq
9498
May ayında Azərbaycana qar yağdı - VİDEO
8713
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8439
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8438
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7297
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7141
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6801
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6417
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6400
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6352
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5965
Azərbaycan nefti ucuzlaşıb
5865
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5761