AZ

"Rusiyanın hücumlarına tab gətirmək üçün silah-sursatımız yoxdur"

"Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək".

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin PBS telekanalına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, həmçinin ölkəsinin danışıqlara hazır olduğunu deyib. Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib:

“Onların bəyanatları, eləcə də kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir”.

Ukrayna lideri əlavə edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır.

"Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır. Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik”.

Zelenski əlavə edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir:

“Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü? Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik”.

Seçilən
121
28
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16776
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14256
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10287
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9238
Faiq Sadıqov
8712
Səidə Sultan klipi üçün lüt soyundu
8706
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5918
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5907
Gənc aparıcı vəfat etdi - FOTO
5673
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5411
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5367
10 yaşlı uşağın faciəvi ölümü
5225
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4864
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4671
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4150
Ruslan Müşfiqabadlının anası vəfat edib
3576
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3323
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3173
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2936