AZ

“Honda” 2027-ci ilə qədər Çində növbəti nəsil elektrik avtomobilləri buraxacaq

Bakı. Trend:

Yaponiyanın “Honda Motor” şirkəti 2027-ci ilə qədər Çində “Ye”brendi altında altı elektrik avtomobili (EV) modeli buraxmağıplanlaşdırır.

Trend-inməlumatına görə, bu barədə şirkətdən xəbər veriblər.

Məlumata əsasən, 2035-ci ilə qədər ölkədə elektrikavtomobillərin 100 faizlik satışını təmin etmək məqsədilə, şirkət,həmçinin 2027-ci ilə qədər Çində “Honda” brendi altında ümumilikdə10 elektrik avtomobil modeli buraxmağı planlaşdırır.

Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı “GeneralMotors” və “Volksvagen” kimi Avropa və Amerika rəqiblərindənavtomobillərin satış sürətində geri qalır.

Çinin elektrik avtomobilləri istehsalçıları tərəfindən artanrəqabət ilə üzləşən “Honda” və “Nissan Motor” ötən ay bildiriblərki, əsas komponentlər və proqram təminatı sahəsində tərəfdaşlıqimkanını nəzərdən keçirirlər.

Yanvar ayında “Honda” “Honda 0 Series” elektrik avtomobillərinivə iki konseptual modelini Las-Veqasdakı “CES” sərgisində təqdimedib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
8
Mənbələr
Şərh ()
Bağla