AZ

ABŞ İsrailə hücuma görə İranı belə CƏZALANDIRACAQ

ABŞ yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yazılı bəyanatında deyilir.

Qeyd olunub ki, İranın İsrailə endirdiyi hava zərbələrindən sonra ABŞ prezidenti Cozef Bayden ölkənin müttəfiqləri və tərəfdaşları, o cümlədən “Yeddilik” qrupu, eləcə də Konqresdəki hər iki partiyanın liderləri ilə birlikdə cavab tədbirləri üçün hərtərəfli plan üzərində işləyir.

Seçilən
203
5
Mənbələr
Şərh ()
Bağla