AZ

Rusiya 13 mindən çox uşağı niyə başqa bölgələrə köçürüb?

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutması səbəbindən vilayətin sərhədyanı rayonlarından olan 13 mindən çox uşaq Rusiyanın digər bölgələrinə köçürülüb.AzVision.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Qeyd edilir ki, uşaqlar əsasən Krım, Ryazan, Kaluqa, Şimali Osetiya, Alaniyaya köçürülüb.












Belqorod atəşə tutuldu: Ölənlər və yaralananlar var



Qladkov aprelin 8-də 10 minə yaxın uşağın təhlükəsizlik səbəbi ilə bölgəni tərk etdiyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rus qoşunları Kiyevə qədər irəliləyə bilsələr də, sonradan geri çəkiliblər. Ukrayna qoşunları ötən ilin iyunundan uğursuz əks-hücum əməliyyatları keçirib. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az

Seçilən
152
25
Mənbələr
Şərh ()
Bağla