AZ

Baykar şirkəti yeni qanadlı raketi sınaqdan keçirib

Türkiyədə “Baykar” şirkətinin yeni qanadlı raketi sınaqdan keçirilib.

NOCOMMENT.az xəbər verir ki, “Kemankeş 2” raketi lazımi sürətə çatdıqdan sonra havaya qalxıb.

Qanadlı raket təxminən bir saat havada qala bilə və reaktiv mühərrik sayəsində manevr edə bilir. “Kemankeş 2”-nin uçuş məsafəsi 200 kilometrdən çoxdur. Yüksək sürət ona çətin hava şəraitində belə hədəfləri məhv etməyə imkan verir.

Bundan əlavə, yeni mühafizə texnologiyaları sayəsində raket müxtəlif elektron müdaxilələrə davamlıdır. Bu da sözügedən raketdən istifadənin ümumi effektivliyini artırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla