AZ

Aİ İsrailə hücuma görə İrana qarşı sanksiyaları genişləndirəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin İsrailə hücumu səbəbindən İrana qarşı mövcud sanksiyalara yeni sanksiyaların əlavə edilməsi üçün işə başlayacağını açıqlayıb.
İndex.az xəbər verir ki, Josep Borrell bunu İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı fövqəladə onlayn iclasda deyib.
İki saat davam edən görüşdən sonra açıqlama verən Borrell, İranın bugünkü hücumlarına qarşı İsrailin yanında olduqlarını bildirib.
Borrell bildirib ki, bəzi üzv ölkələr Tehrana qarşı sanksiyaların genişləndirilməsini istəyirlər və İttifaqın diplomatik xidməti bu təklif üzərində işə başlayacaq.

Seçilən
206
18
Mənbələr
Şərh ()
Bağla