AZ

“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

İyunun 20-21-də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfrans “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində biotorpaq ehtiyatlarından düzgün istifadə edilməsi və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə keçirilir.

İqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlarından düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsəddir. Konfrans qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, molekulyar biologiyanın müasir ekoloji aspektləri, iqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri, antropogen amillərin təbii populyasiyalara təsiri, şəhər və kəndlərin landşaft dizaynının müasir aspektləri, zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları, biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu, süni intellekt, sənaye əhəmiyyətli bitkilərin iqtisadi səmərəsi, nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, ekoloji faktorların dəyişməsi və insan sağlamlığı bölmələri üzrə təşkil olunacaq.

Konfrans biomüxtəliflik və onun mühafizəsi, meşə ekosistemi və biomüxtəlifliyi, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik üzrə elmi istiqamətləri əhatə edir.

Məqalə və tezislər iyunun 15-dək qəbul edilir. Məqalə və tezislər [email protected], [email protected] elektron ünvanına göndərilir.

Daha ətraflı məlumatla institutun saytında tanış olmaq mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
15427
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11598
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5287
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5215
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3649
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3203
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3182
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2981
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2701
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2250
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2197
Hidayət Heydərov dünya çempionu oldu
2018
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1857