AZ

Rusiya ABŞ-ı zəiflətmək üçün plan hazırlayır - Gizli sənəd

Rusiya Qərb düşmənlərini, o cümlədən ABŞ-ı zəiflətmək və Ukraynadakı müharibədən Amerikanın hökmranlığından azad qlobal nizam yaratmaq üçün istifadə etmək planları hazırlayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" Rusiya Xarici İşlər Nazirliyinin gizli sənədlərinə istinadən məlumat dərc edib.

"2023-cü il sənədində deyilir: Biz qeyri-dost dövlətlərlə münasibətimizi düzəltməyə davam etməliyik. Rusiyanın düşmənlərini zəiflətmək istiqamətində praktiki addımlar atmaq üçün onların xarici və daxili siyasətlərində zəifliklərin axtarışı mexanizminin yaradılması vacibdir", - Avropa kəşfiyyat agentliklərindən biri bildirib.

Sənəddə deyilir ki, Ukraynadakı müharibənin nəticəsi əsasən gələcək dünya nizamının formasını müəyyən edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
2
Mənbələr
Şərh ()
Bağla