AZ

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi “Bakı bunun qarşılığında Moskvaya nə verib” sualının da müzakirəsinə səbəb olub. 

Birincisi, Rusiya kimi bir ölkə geri çəkilirsə, bunun əvəzində nəsə alması ehtimalı həmişə mövcud olub;

İkincisi, sülhməramlıların vaxtından əvvəl çıxarılması belə sualları aktuallaşdırır.

Eyni sual – “Bakı Moskvaya nə verib” məsələsi və bu məsələ üzərindən müxtəlif iddiaların irəli sürülməsi ötən ilin 20 sentyabrında Qarabağda separatizmin təmizlənməsi, Xankəndiyə bayrağımızın sancılması ilə nəticələnən anti-terror tədbirlərində də gündəmdə idi. İndi yenidən aktuallaşıb və bu məsələ ətrafında yeni-yeni iddialar irəli sürülür.

Bakı doğrudanmı Moskvaya “nələrsə” verib, yaxud Rusiyanın “geri çəkilməsi”ndə əsas məqsəd nə ola bilər?

Azərbaycanın Rusiyaya nəsə verməsi ehtimalı zəifdir. Çünki 44 günlük müharibə və sonrasında bölgədə vəziyyət dəyişib, xüsusilə Ermənistanın Moskvaya qarşı siyasəti Rusiyanın Azərbaycanla yaxınlaşmasını, yaxud belə demək mümkünsə, erməni maraqlarının müdafiəsindən imtinasını şərtləndirib. Burada əsas məqam Cənubi Qafqaz uğrunda gedən mübarizədir, Rusiyanın Qarabağdan imtina etməsinin arxasında da bu amil dayanır. Və Moskva Qarabağdan imtina etməklə Cənubi Qafqazdakı maraqlarını qorumağa çalışır.

Bu haqda antiterror tədbirlərindən sonra yazmışdıq. 2022-ci ildə Praqa görüşündən sonra Qarabağda qalmaq Rusiya üçün bölgəyə yox, təkcə Azərbaycana təsir etmək imkanına çevrildi. Qarabağdan imtina edən Ermənistan isə siyasi oriyentasiyasını Qərbə doğru dəyişməyə başladı. Bu, Qarabağ məsələsini bir tərəfdən Moskva-Bakı münasibətlərində problemə çevirir, həm də Ankaranı narazı salır, digər tərəfdən, erməni əhalisinin problemlərinə görə məsuliyyət Rusiyanın üzərində qalırdı. Moskvada anladılar ki, bölgəyə təsir etmək üçün həmişə rıçaq olaraq istifadə etdikləri Qarabağda qalmağa köklənmək bu dəfə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər. Azərbaycanın erməni separatizmini ləğv etməsinə müdaxilə etməyən Rusiyanın sülhməramlılarını da bölgədən çıxarması Cənubi Qafqazda zəifləyən təsir imkanlarının minimum zərərlə qorunması məqsədi daşıyır. Bunun qarşılığında Azərbaycan Rusiyaya yalnız siyasi baxımdan bölgədəki maraqlarının nəzərə alınması sözünü verə bilər, misal üçün, Qərbin Bakı-İrəvan danışıqları üzərindən regiona müdaxiləsinə geniş meydan verməmək kimi.../Axar.az

Asif Nərimanlı 


Telegram kanalımız
Seçilən
235
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
554
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
479
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
437
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
405
Azərbaycanda bu məhsul bahalaşdı
399
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
353
Helikopter qəzası ilə bağlı yeni xəbər
326
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
315
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
313
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
309
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
300
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
299
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
297
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
266
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
255
Həlak olan şəxslər sabah dəfn olunacaq
244
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
239
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
203
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
200
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
165