AZ

“Bura gəlib “Mançester Siti”ni məğlub etməyin yeganə yolu budur” – Ançelotti

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə qarşıdurmanın (1:1, penalti 4:3) komanda üçün nə qədər çətin olduğundan danışıb.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunboyu yaxşı müdafiə olunduqlarını söyləyib:



“Yaxşı başladıq, irəli getdik, amma sonra sağ qalmalı və əziyyət çəkməli olduq. “Mançester Siti” nəzarətdə idi, çox dərin müdafiə olunduq. Penaltilər seriyasına gəlincə, irəliləyəcəyimizə tam əmin idik. Bura gəlib “Mançester Siti”ni məğlub etməyin yeganə yolu budur: çox çalışmalı, qurbanlar verməli, bacardığınız qədər nəticə əldə etməlisiz. “Real”ın mahiyyəti həmişə mübarizə aparmaq və hədəfinə çatmaqdır, hətta çıxış yolu olmayan situasiyalarda belə”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərKarlo Ançelotti Mançester Siti real

Seçilən
198
31
Mənbələr
Şərh ()
Bağla