AZ

AMEA prezidenti İraq alimləri ilə görüşüb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən İraq alimləri ilə görüşüb.

Görüşdə Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin tarixindən söz açan akademik İ.Həbibbəyli birgə elmi tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, elmi əlaqələrin inkişaf perspektivlərindən danışıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar olaraq Akademiyada silsilə tədbirlərin keçirildiyini bildirən AMEA rəhbəri bu məqsədlə İraqda da beynəlxalq elmi konfransın təşkil edilməsi barədə razılıq əldə edildiyini diqqətə çatdırıb.

İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid və Türkmən Mədəniyyət Mərkəzinin müdiri, "Türkmən eli" jurnalının baş redaktoru doktor Sabah Kərküklü AMEA alimləri ilə sıx əməkdaşlıq qurmaqda, Məhəmməd Füzulinin həyatı və yaradıcılığına dair ortaq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayaraq qarşılıqlı elmi əlaqələrin inkişaf perspektivləri barədə söz açıblar.

Görüş zamanı Azərbaycanda İraq ədəbiyyatının, İraqda isə Azərbaycan ədəbiyyatının təbliği məqsədilə tərcümə əsərlərinin, ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını əhatə edən monoqrafiyaların, eləcə də qarşılıqlı olaraq elmi məqalələrin nəşri məsələləri müzakirə edilib, müvafiq razılıq əldə olunub.






















Bizi İnstagramda izləyin

Seçilən
235
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15960
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15675
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15363
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13285
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11906
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9484
"Zaur, yenə çaşdın..." - VİDEO
7834
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5979
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5841
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5043
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4926
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4397
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4210
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4052
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3229
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3201
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2974
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2949
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2791