AZ

Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”

“Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinlərimizi sevindirməlidir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı deyib.

“Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr yaxınlığımızdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, - baş nazir vurğulayıb.
O qeyd edib ki, bundan başqa Azərbaycanla sərhəddə avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla