AZ

Paşinyan cinayət məsuliyyətinə cəlb edilə bilər

Ermənistanın Baş Prokurorluğu ölkənin Baş naziri Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə Milli Təhlükəsizlik Xidmətinə təqdimat göndərib.   Manset.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş prokuroru Anna Vardapetyan açıqlayıb. Onun sözlərinə görə, təqdimat sənədlərin yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib. Sözügedən sənədlər arasında bir neçə əmlak arayışı da var. O bildirib ki, yoxlanışlardan sonra cinayət işinin başladılması məsələsi müzakirə ediləcək.

Qeyd olunur ki, bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Ayk Naapetyan Ermənistan Baş Prokurorluğuna müraciət edərək Nikol Paşinyanın cinayət məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bildirilir ki, bu, delimitasiya prosesinin başlaması ilə əlaqədardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla