2024-cü ilin birinci rübündə Azərbaycan vətəndaşları Türkiyədə 169, o cümlədən martda 57 mənzil alıb ki bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 18,3% və 17,4% azdır. Bu barədə Türksat məlumat verib.
2023-cü ilin yanvar-fevralında Azərbaycan vətəndaşları Türkiyədə 38 , martda isə 12 mənzil alıb.
Azərbaycan vətəndaşları Türkiyədə ev alan ilk onluqda 7-ci yeri tutub.
Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə xarici vətəndaşlara 5729 mənzil satılıb ki bu da keçən ilin uyğun dövründən 48% azdır. Martda Trükiyə ərazisində 1791 xarici vətəndaş daşınmaz əmlaka sahib olub.
N.Təbrizli
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.