AZ

Qərb dövlətləri müasir müstəmləkəçilik siyasətləri ilə bir çox insanlıq əleyhinə cinayətlərin təşkilatçılarıdırlar- Zahid Oruc

Bakı. Trend:

Bu gün Qərb dövlətləri müasir müstəmləkəçilik siyasətləri iləbir çox insanlıq əleyhinə cinayətlərin təşkilatçılarıdırlar.Onların “demokratiya ixracı” imperializm siyasətinin örtüyüdür.Fransa təkcə Afrikadakı 14 keçmiş müstəmləkə ölkəsindən “müstəmləkəvergisi” olaraq illik təmxinən, 400-500 milyard dollar qazanc əldəedir.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən "YeniKaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək"mövzusuna həsr edilmiş elmi konfransda İnsan hüquqları komitəsininsədri Zahid Oruc bildirib.

O qeyd edib ki, bu ölkələr Benin, Burkina Faso, Kot d`İvuar,Qvineya, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi AfrikaRespublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabondur.

“Onlar öz illik gəlirlərinin 85%-ni Fransa Bankına köçürməyəməcburdular. Geri qalan 15%-ni isə öz daxili ehtiyacları üçünxərcləyirlər. Sonra Fransa Xəzinəsindən borclanırlar. Yeliseyetirazçı hökumətləri dərhal devirir, belə ki, son 50 ildə 26 Afrikaölkəsində 67 çevriliş hadisəsi baş verib.

Hazırda 13 dənizaşırı ərazini də öz müstəmləkəsi kimi idarə edənFransa Yeni Kaledoniya adasında da bənzər müstəmləkə siyasətiyürüdür.

1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan, 270 minlikəhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir.Yerləşmə məntəqəsi onun Hind Okeanı və Sakit Okeanı arasında keçidməntəqəsi olaraq strateji əhəmiyyətini artırır. Ümumiyyətlə, böyükdövlətlərin bu cür ada dövlətlərdən istifadə edərək Hind-Sakitokeanı hövzəsində “kiçik ada strategiyaları” qurduğu bəllidir”, -deyə Z.Oruc bildirib.

O bildirib ki, bu strategiya imperial maraqların təminatçısıolaraq burada hərbi bazaların yerləşdirilməsi ilə mümkün olur.

“Bu gün Yeni Kaledoniya Fransanın Sakit Okeanda hərbi gücününcəmləşdiyi əsas məkanlardan biridir. Burada hazırda 1600 fransızhərbçisi yerləşir və iqtisadi istismarı həmin güclər vasitəsilətəmin olunur. Fransa bu zonalarda indiyədək yüzlərlə nüvə sınaqlarıkeçirib və ərazi çirklənib. Yeni Kaledoniya zəngin dəniz məhsullarıvə nikel yataqları ilə tanınır. Dünyanın nikel ehtiyatlarının 25%-iburada yerləşir.

Ümumiyyətlə, Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsiindiyədək 3 dəfə səsvermənin keçirilməsinə səbəb olsa da, guyayerli əhali müstəqilliyə səs verməyib. Ən son 12 dekabr 2021-ciildə Yeni Kaledoniya müstəqillik üçün referendum keçirib və 96,5%əhali “yox” cavabı vermişdi. Fransa adada hərbi-iqtisadiimkanlarını itirməkdən qorxduğu üçün tələm-tələsik “referendum”təşkil etmişdi. Lakin nəticələr reallığı əks etdirmir. Belə ki,Yeni Kaledoniyada müstəqillik uğrunda son 2024-cü ilin mart ayındatəşkil olunan etiraz mitinqində 32 min nəfər iştirak etmişdir.Bundan öncə 2023-cü ilin noyabr ayındakı bənzər mitinqdə 10 minetirazçı vardı.

Bu mitinqlərdə Azərbaycan bayrağının ucaldılması təbii vəməntiqi hadisədir. Çünki ona qədər müxtəlif dairələrdə aşkareqoizmlə qarşılanan belə əlaqələr indi səfirlərinin geriçağırılmasında səbəblərdən biri kimi vurğulanır. Yeni Kaledoniyanınmüstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın 44 gündəqazandığı parlaq Qələbənin təcavüzə məruz qalan bütün dünyaxalqlarına təsirinin rolu danılmazdır.

Qarabağın azadlığı ilə Cənubi Qafqazı koloniyasına çevirməyəçalışan bir çox dövlətlərə, o cümlədən, Fransanın maraqlarına zərbəvurulub. Xankəndinin azadlığı Yeni Kaledoniyanın müstəmləkədənqurtulmasına da zəmanət verir. Ona görə də rəsmi ParisErmənistandan koloniya düzəldərək, onun üzərində Qafqazdaistimarçı-monopoliyanı qoruyub saxlamağa çalışır. Lakinneokolonializmlə mübarizəyə Azərbaycanın töhfəsi 44 günlük Qurtuluşsavaşında olduğu kimi uğurlu nəticə verəcəkdir”, - deyə obildirib.

Məqalədə:
Seçilən
186
3
Mənbələr
Şərh ()
Bağla