AZ

Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumat verilib.

Görüşdə tərəflər AİB və digər bankların iqlim maliyyələşdirilməsindəki rolu barədə müzakirələr aparıblar.

Qeyd edək ki, görüş Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub.


Bizim.Media 
 

Seçilən
91
12
Mənbələr
Şərh ()
Bağla