AZ

İran İsrailin İsfahandakı hərbi bazaya raket hücumunu təsdiqləməyib

İranın İsfahan əyalətində baş verən partlayışlar İranın hava hücumundan müdafiə sistemlərinin işləməsinin nəticəsidir...Poliqon xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən İran rəsmisi Reuters Agentliyinə bildirib. Rəsmi İrana qarşı heç bir raket hücumunun həyata keçirilmədiyini iddia edib.Digər İran hökumət rəsmisi France Press Agentliyinə bildirib ki, ölkə daxilindəki hədəflər pilotsuz təyyarələrlə hücuma məruz qala bilər.Qeyd edək ki, bu gün, aprelin 19-da mətbuatda İsrailin İrandakı obyektə raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Partlayış hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası olan Kaxcavaristan şəhərində baş verib.Bloomberg-in məlumatına görə, İsrail hakimiyyəti dünən ABŞ-a yaxın 24-48 saat ərzində İrana hücum planlaşdırdıqları barədə xəbərdarlıq edib. Hücumun hədəfi kimi hansı obyektin seçildiyi barədə məlumat verilməyib.Poliqon.info

Seçilən
185
32
Mənbələr
Şərh ()
Bağla