AZ

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb.

"Report"un məlumatına görə, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

Seçilən
44
7
Mənbələr
Şərh ()
Bağla