AZ

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.

525.az xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib.



Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

 






















Bizi İnstagramda izləyin

Seçilən
45
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21324
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18290
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17696
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16935
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16774
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15550
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12042
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11281
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9362
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8435
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8020
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7549
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7190
Minimum əmək haqqı nə qədər arta bilər?
7103
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6387
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777