AZ

Yüksək Liqa: Final və üçüncülük oyunlarının tarixi açıqlandı

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) final və üçüncü yer uğrunda oyunların tarixləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Yüksək Liqada bürünc mükafat uğrunda qarşılaşmalar aprelin 20-də, finallar isə 22-də və 23-də keçiriləcək.

Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular üçüncü yer uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Daha sonra qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da “Gəncə” və “Murov” komandaları münasibətləri aydınlaşdıracaqlar.

Aprelin 22-də Bakı İdman Sarayında final matçına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion bəlli olacaq. Saat 16:00-da başlayacaq oyunda “Azərreyl” və “Murov” kollektivləri görüşəcəklər.

Aprelin 23-də, saat 16:00-da isə qadın voleybolçuların final matçı baş tutacaq. “Azərreyl” və “Abşeron” komandaları çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, final oyunundan dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutacaq.

Azərbaycan çempionatı, Yüksək Liqa
20 aprel

3-cü yer uğrunda oyunlar

Kişilər
15:00. MOİK – “Neftçi”

Qadınlar
18:00. “Gəncə” – “Murov”

Final oyunları

22 aprel

Kişilər
16:00. “Azərreyl” – “Murov”

23 aprel

Qadınlar
16:00. “Azərreyl” – “Abşeron”

Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla