AZ

“Almayla armud kimi çox fərqliyik” - FOTO

Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşım edib. 

Milli.Az olay-a istinadən bildirir ki, İbrahimova birgə fotolarını paylaşaraq 15-ci ildönümləri olduğunu vurğulayıb: 

"Artıq 15 ildir ki, həyata yaxından bərabər tamaşa edirik. O mənim mən də onun həyatına şahidlik edirəm. Gənclər, ailə qurmağı düşünənlər üçün vurğulamaq istəyirəm ki, bir almanın iki yarısı deyilik. Hətta almayla armud kimi çox fərqliyik. Cırnadıb, əsəbiləşdirən də o, ən çox güldürən də odur. Ən çox danışan mən, ən çox susan isə o. Küsən tərəf mən, barışan o. İnadından dönməyən mən, inadlaşmağı lazım bilməyən o. Məntiqli olan o, emosional mən. Tünlüyü sevən o, səssizliyi mən. Mən konservator, o, çağdaş. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla