AZ

Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edib

Bakı. Trend:

Səhiyyə Nazirliyi və nazirliyin akademik Zərifə Əliyeva adınaMilli Oftalmologiya Mərkəzi tərəfindən Füzuli şəhərində ikigünlükoftalmoloji səyyar müayinələr təşkil edib.

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə BöyükQayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlifistiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqiistiqamətində maarifləndirici aksiyaların keçirilməsini davametdirir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbirgörkəmli alim oftalmoloq, akademik Zərifə Əliyevanın anadanolmasının 101 illiyinə həsr olunub. Səhiyyə Nazirliyi akademikZərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin SəyyarKlinikası tərəfindən Füzuli şəhərində ikigünlük oftalmoloji tibbimüayinələr keçirilib.

İkigünlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsasməqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşlarınmüayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısınınalınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanmasıvə müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmolojimüayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiyapatologiyası, presbiopiya, miopik astiqmatizm, allergikkonyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkarolunub.

Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumimonitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub.Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələbolunan pasiyentlərin akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-dənartıq vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı bildirilib ki, vaxtında müayinə və müalicəetməklə, görmə qabiliyyətinin zəifləmə hallarının 80 faizininqarşısını almaq mümkündür.

Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasızoftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil SəyyarKlinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətəbaşlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin vəmaarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
13
Mənbələr
Şərh ()
Bağla