AZ

Lavrovdan Ermənistanın KTMT ilə bağlı ittihamlarına CAVAB

2020-ci ildə KTMT-nin İrəvanda keçirilən sammitində sənəd razılaşdırılmışdı, bütün nazirlər onu təsdiqləmişdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sənəddə sərhədin mühafizəsi üçün əlavə silahların verilməsi, xüsusi təlimlərin keçirilməsi və KTMT missiyasının sərhəddə yerləşdirilməsi öz əksini tapmışdı: "Bu, faktdır. Lakin səhəri gün sammiti açan Ermənistan Baş naziri dedi ki, konsensus əldə etmək alınmayıb".

Lavrov Avropa İttifaqı Missiyasının yerləşdirilməsi ilə bağlı da danışıb və qeyd edib ki, bu missiya iki aylığa vəd edilib, lakin indi müddətsiz olub: "Orada artıq kanadalılar da var. Hətta NATO-nun digər üzvlərini cəlb etmək istəyirlər. Bu, artıq Avropa İttifaqı yox, NATO missiyası olacaq".

Lavrov Ermənistanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara da cavab verib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi hələ ölkə sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə bir şəraitdə KTMT-nin Ermənistanda məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir: "Ona görə KTMT öz məsuliyyət zonasını müəyyən etməlidir deməzdən öncə, Ermənistanın sərhədləri müəyyən olunmalıdır, delimitasiyanı sona çatdırmaq lazımdır. Hansı ki, indi Ermənistan rəhbərliyi bununla məşğul olur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla