AZ

Rəşad Sadıqov getsə, daha yaxşı olar - Ceyhun Sultanov

Bakı. Trend:

Rəşad Sadıqov perspektivli məşqçilərimizdəndir.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Rəşad Sadıqovun ölkə xaricindən, xüsusən də Rusiya, Türkiyəliqalarından təklif olduğu halda düşünə biləcəyi fikrinə münasibətbildirib. Sultanovun sözlərinə görə, “Zirə” Avropa Liqasındaiştirak hüququ qazansa da, qazanmasa da yığmanın sabiq kapitanıüçün kənarda çalışmaq daha uyğun olar: “Düşünürəm ki, gəncdir vəqarşıda böyük işlər görə bilər. Rəşad belə etsə, bu həm onun üçün,həm də futbol ictimaiyyəti üçün yaxşı olar. Yalnız QurbanQurbanovun getməsini istəməzdim. Çünki onlar fərqli-fərqliyerdədirlər. Qurbanov 16 ildir ki, "Qarabağ"ın baş məşqçisidir vəmüəyyən struktur qurub. Bunun da dağılmağını istəməzdim. AmmaSadıqov gedib özünü xaricdə sınaya bilər. Bu cür addım atsa, məncədüzgün seçim ola bilər”.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin yayından “Zirə”niçalışdırır.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla