AZ

Hacı Nuran məşhur aktyora "Bugatti" hədiyyə etdi - VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı avtomobil hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib.

Aparıcı Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" deyib.

"Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun", - deyə türkiyəli məşhur təşəkkürünü bildirib.

Seçilən
20
19
Mənbələr
Şərh ()
Bağla