AZ

DİM: "Martın 17-də keçirilən buraxılış imtahanında beş nəfərin nəticəsi ləğv olunub"

Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib. Bu barədə Bizimyol.info-ya DİM-dən məlumat verilib. Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Seçilən
85
6
Mənbələr
Şərh ()
Bağla