AZ

Zukerberq Maskı geridə qoydu

“Meta” şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yerə yüksəlib.

Publika.az xəbər verir ki, bununla da o, “SpaceX” və “Tesla”nın baş direktoru İlon Maskı geridə qoyub.

Bu barədə məlumat "Bloomberg"in Milyarderlər İndeksində (BBI) əks olunub.

Son 24 saat ərzində Mark Zukerberqin sərvəti 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb. Bu, yeni süni intellekt modeli “Llama 3” və “Meta AI” chatbotunun yenilənmiş versiyasının təqdimatı fonunda baş verib.

İlon Maskın sərvəti isə bir gündə dörd milyard dollar azalaraq 170 milyard dollara düşüb - “Tesla”nın səhmləri ticarətdə 3,6% ucuzlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
6
Mənbələr
Şərh ()
Bağla