AZ

İranlı nazir İsfahan üzərində vurulan pilotsuz təyyarələri uşaq oyuncaqları adlandırıb

İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın mərkəzində İsfahan üzərində vurulduğu iddia edilən İsrail pilotsuz təyyarələrini uşaq oyuncaqları ilə müqayisə edib. Bizimyol.info xəbər verir ki, , o, bu barədə NBC telekanalına müsahibəsində bildirib. “Dünən gecə baş verənlər zərbə deyildi. O dronlar uşaqlarımızın oynadığı oyuncaqlara oxşayırdılar, dron deyillər”, - deyə o, qeyd edib. Aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər atıb və bunu aprelin əvvəlində Dəməşqdəki İran səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücum da daxil olmaqla, “çoxsaylı cinayətlərə” cavab adlandırıb. Tehran konsulluğun hücuma məruz qaldığı sırf hərbi obyektlərə hücum etdiklərini vurğulayıb. Britaniya, ABŞ və Fransa İranın raket və pilotsuz təyyarələrinin tutulmasında İsrailə yardım edib. Aprelin 19-da İran mediası cümə günü gecə İsfahan əyaləti üzərində üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Abdollahian "vurulan kvadrokopterlərin heç bir zərər verə bilmədiyini" bildirib. İsrail rəsmi olaraq İranın İsrail ərazisinə böyük zərbə endirməsindən 6 gün sonra baş verən basqına görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu aksiyanı həyata keçirdiyini təsdiqləyib. Qadir, Bizimyol.info

Seçilən
159
33
Mənbələr
Şərh ()
Bağla