AZ

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni “Pyoldji-1-2” zenit-raketinin sınaq buraxılışını həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumata görə, həmçinin “Hvasal-1 Ra-3” strateji qanadlı raketinin ultra iri döyüş başlığı sınaqdan keçirilib.

Sınaqlar Sarı dənizdə baş tutub.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla