AZ

Şuşalılar doğma yurduna - QAYIDIR - VİDEO

May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək.

MİDA Füzuli və Cəbrayılda yaşayış kompleksləri inşa edir, Xocalıda 15 yaşayış binasını yenidən qurur

FED.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev  bildirib

Komitə rəsmisi həmçinin bildirib ki, ilin sonunadək 20 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb.

Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun püşkatma yolu ilə aparılır. (Xezerxeber.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
18
Mənbələr
Şərh ()
Bağla