AZ

Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb

İranın motosiklet və ehtiyat hissələri ixracı öncəkimüvafiq dövrlə (21 mart 2022 -20 mart 2023) müqayisədə 12,5% artıb.

Bizim.Media trend-ə istinadən xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini, Gömrük Administrasiyasının baş direktoru Məhəmməd Rezvanifər deyib.

Onun sözlərinə görə, ötən il İran 8,63 milyon dollar dəyərində motosiklet və ehtiyat hissələri ixrac edib. Motosiklet və ehtiyat hissələri, əsasən, İraq, Əfqanıstan və Azərbaycana ixrac olunub.

Rezvanifər deyib ki, ötən Il ümumilikdə İran təxminən 133 milyon dollar dəyərində avtomobil və ehtiyat hissələri ixrac edib. Bu da öncəki illə müqayisədə 25,2% artımın olduğunu göstərir.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən il İranın qeyri-neft məhsul ixracı 49,3 milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranın qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 8,87% azalıb, çəki baxımından 9,82% artıb.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
Mənbələr
Şərh ()
Bağla