AZ

İctimai dinləmələr başa çatdı - Azərbaycanın qaldırdığı etirazlarla bağlı

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında aprelin 15-də başlayan dinləmələr başa çatıb.

Bu barədə məlumat məhkəmənin saytında yerləşdirilib.

Məlumata görə, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr bu gün başa çatıb.

Dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan rəhbərlik ediblər.

Məhkəmənin hazırda öz müşavirəsinə başlayacağı qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla