AZ

FHN silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Binəqədi rayonu R.Pirnəzərov adına 299 və Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-liseylərində, Xəzər rayonu 181 və Yasamal rayonu 133 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində, Gəncə Dövlət Universitetində, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və V.Süleymanov adına Peşə liseyində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tədbirləri keçirilib.

Məlumatda, həmçinin Xırdalan şəhər 2 nömrəli və Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki şəhəri 18 nömrəli tam orta məktəbində və fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu A.Ç.Bağırov adına Vərgədüz və S.N.Abiyev adına Köryədi kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Xocavənd rayonu Muğanlı kənd 1 nömrəli və Füzuli rayonu B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirildiyi bildirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18596
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12999
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10312
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4671
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4348
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3456
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3251
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2757
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2430
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2181
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1659
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1156
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1029
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
924
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813