AZ

Şəhid övladlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, aprelin 20-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 30 nəfərə yaxın şəhid övladının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib.



Əvvəlcə şagirdlər mərkəzlə yaxından tanış olublar. Daha sonra onlarla birlikdə səmimi görüş keçirilib. Görüşdə tarixi zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından bəhs edilib.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və   Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məktəblilərə hədiyyələr təqdim ediblər.
Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar və musiqili konsert proqramları təşkil edilib.
Şəhid fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Səmimi münasibət, xoş əhval-ruhiyyə uşaqların böyük sevincinə səbəb olub.
Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımızın azad olunması uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək, vətənə əmanət olan övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək və onlara xoş və maraqlı bir gün bəxş etməkdən ibarət olub.
Onu da qeyd edək ki, şəhid övladları üçün nəzərdə tutulan bu cür tədbirlər məktəblilərin yay tətili dövründə də davam etdiriləcək.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq