AZ

ABŞ ordusu bu ölkəni TƏRK EDİR

Amerika Birləşmiş Ştatları (ABŞ) bütün hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə  “The Washington Post” (WP), və “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir neçə ay ərzində mindən çox Amerika əsgəri Nigeri tərk etməlidir.

Məlumata görə, qərar ABŞ-ın 110 milyon dollarlıq aviabazasının statusunu sual altına salacaq.

Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə hərbi çevriliş baş verdi. Bundan sonra Niger Qərb ölkələri, o cümlədən Fransa ilə əlaqələri kəsməyə başladı. 2023-cü ilin dekabrında hərbi hakimiyyət Avropa İttifaqı ilə iki müdafiə sazişindən imtina etdi.

2024-cü ilin mart ayının ortalarında Niger hökuməti Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sazişini dərhal ləğv etdiyini elan etdi. 

Musavat.com

Seçilən
236
9
Mənbələr
Şərh ()
Bağla