AZ

“Emirates” aviaşirkəti müntəzəm uçuş cədvəlini bərpa edib

"Emirates" aviaşirkəti regiona yağan güclü leysan səbəbindən dörd gündür fəaliyyəti pozulan Dubay Beynəlxalq Hava Limanında normal uçuş cədvəlinə qayıdıb.

Day.Az xəbər verir ki, bu barədə aviaşirkətin Baş direktoru Tim Klarkın açıqlamasında deyilir.

"Aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Hava limanının tranzit zonasında qalan sərnişinlər yenidən qeydiyyatdan keçib. Onlar hazırda təyinat yerlərinə göndərilir", - deyə məktubda bildirilir.

Aşağı büdcəli "Flydubai" aviaşirkəti də Dubay Beynəlxalq Hava Limanının ikinci və üçüncü terminallarından uçan reyslərin normal fəaliyyətini bərpa edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
Mənbələr
Şərh ()
Bağla