AZ

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Bakı, 20 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) adlı II beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib.

Tədbir Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti (BSU) və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə keçirilib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov çıxışında qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görülüb və müvafiq qanunvericilik bazası formalaşdırılıb. Bu baxımdan 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyətə malikdir. Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlər mühüm yer tutur. A.Rüstəmov bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu vurğulayıb.

BSU-nun rektoru Anar Nağıyev konfransın sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıdığını bildirib. Qeyd edilib ki, inklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaradır.

BDU-nun prorektoru Şahin Pənahov çıxışında ölkəmizdə inklüziv təhsil mühitinin yaradılmasından bəhs edib, təhsilin hamı üçün əlçatan olmasının əhəmiyyətini vurğulayıb. O, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev inklüziv təhsil sahəsində görülən işlərdən söz açıblar.

Tədbirdə BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov “Fiziki məhdudiyyətli şagirdlərlə fiziki tərbiyə fənninin təşkili”, Pedaqoji fənlər kafedrasının baş müəllimi Lamiyə Hacımuradova “Azərbaycanda inklüziv təhsilin inkişafı”, BSU-nun İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova “Ali təhsil müəssisələrində inklüziv təhsilin məzmununun təkmilləşdirilməsi”, Gəncə Dövlət Universitetinin müəllimi Göyçək Pirverdiyeva “İnklüziv təhsili vacib edən əsas xüsusiyyətlər” mövzularında məruzə ilə çıxış ediblər. İclasda, həmçinin Qazax filialının müəllimlərindən Ayşən Qasımovanın “Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası”, Nuridə Quliyevanın “İnklüziv siniflərdə ibtidai sinif şagirdlərinin sosiallaşması”, Vəfa İlyasovanın “İnklüziv təhsilin məktəb səviyyəsində təşkilinə verilən tələblər”, Gövhər Məmmədtağıyevanın “İnklüziv siniflərdə autizm spektrli şagirdlərin adaptasiyası“, Ələviyyə Ömərovanın “İnklüziv siniflərdə tədrisin təşkili”, Gülnar Abdullayevanın “İnklüziv təhsilin əsas partnyorları” və Aybəniz Murğuzovanın “İnklüziv təhsilin əmək bazarına uyğunlaşdırılması” mövzularında məruzələri dinlənilib.

Sonda bölmə iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7640
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5157
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4887
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4677
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4445
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2956
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2710
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2687
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2622
Sabah 20 dərəcə isti olacaq
2595
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2183
Röyanın biabırçı videosu yayıldı
2069
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2068
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2016
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1723
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1584
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1581