AZ

Orban yenə Aİ rəhbərliyini istefaya çağırdı

Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdən kənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələri bundan zərər görəcək.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl bu fikirləri səsləndirən Macarıstanın Baş naziri Viktor Orban şənbə günü xalq müraciətində onları təkrar edib.

"Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakət deməkdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşaraq qaçırlar, cinayətlərin sayı artır, zorakılıq halları çoxalır, onlar uşaq böyütmək və onları gender fəallarına təhvil vermək istəyirlər", - Orban deyib.

Macarıstanın Baş naziri problemin həlli ilə bağlı şəxsi fikirlərini də təqdim edib:

"Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif nəticələr göstərərək seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir iş görə bilərsiniz - əşyalarınızı yığın və vəzifənizi tərk edin. Brüssel rəhbərliyi getməlidir".

"Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratları kənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək, onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcə Avropaya deyil, həm də bizə - macarlara böyük zərər verəcək", - Macarıstanın baş naziri əlavə edib.

Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban mətbuat konfransı zamanı deyib ki, "Yaşıl keçid", davamlı inkişaf siyasətləri, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bu layihələrin hamısı uğursuz oldu. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, amma bizə yeni liderlər lazımdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8305
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5341
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5163
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4899
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4702
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3821
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3112
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2867
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2806
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2775
Sabah 20 dərəcə isti olacaq
2711
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2306
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2280
Röyanın biabırçı videosu yayıldı
2254
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2094
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1888
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1724
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1711
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689