AZ

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

Bakı. Trend:

Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər,(II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MuxtarRespublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona),Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən,Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə,Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (IIzona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis,fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin,Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internatməktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkməmüəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik)orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materiallarındaşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsiləhəyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, imtahanda 46169 şagirdiniştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimibaşa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Respublikanın 25 şəhər və rayonunda təşkil edilən imtahan üçün203 bina, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılışrejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.

Bugünkü imtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdənəlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21401
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12130
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6370
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5431
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5359
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3837
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3432
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3282
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3126
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2874
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2867
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2683
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2396
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2387
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1987