AZ

BMT BA-nın prezidenti: “Azərbaycanın COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.




Bununla bağlı Frensis “X” platformasında paylaşım edib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – Dennis Frensis yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
12
Mənbələr
Şərh ()
Bağla