AZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzulişəhərinə növbəti köç karvanı yola salınıb.

Trend-inməlumatına görə, Respublikanın müxtəlif ərazilərində yataqxana,sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köçkarvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yolasalınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfərköçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsindəməcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlədoğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdanFüzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızıişğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
15
az.trend.az

10Mənbələr