AZ

KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək

Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına həyata keçiriləcək. Stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq.

Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytında, sosial şəbəkələrdəki hesablarında və mediada elanlar veriləcək.

“Caspian Agro” və 29-cu “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 5-dək KOBİA-ya müraciət edə bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı doldurmaqla müraciət etməlidir: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14369
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13821
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13587
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11919
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9787
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8310
"Zaur, yenə çaşdın..." - VİDEO
7411
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5555
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3791
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3778
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3491
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3485
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3345
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3343
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2985
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2979
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2771
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2698
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2560