AZ

Paşinyanın KTMT-nin sammitində iştirak edib-etməməsi onun suveren seçimi hesab edilir

"Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək". Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. “Ermənistanın baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren, müstəqil ölkənin qərarı olacaq. Bundan əlavə, zirvəyə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər, güman edirrik ki, hər şey yaxşılığa doğru dəyişəcək”, - deyə təşkilatın baş katibi qeyd edib. Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşlərdən dəfələrlə imtina edib. O cümlədən, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl qeyd edib ki, Ermənistanın özü hələ KTMT-nin ölkədəki məsuliyyət zonasını müəyyən edə bilməz. Qeyd edək ki, bu ilin mart ayının əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcək. “Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda təşkilatın məsuliyyət zonasının harada olması sualına cavab versə və bu sual bizim baxışımıza uyğun gəlsə, o zaman hesab edəcəyik ki, aramızda olan məsələ həll olunub. Əks halda, Ermənistan KTMT-dən çıxacaq. Nə vaxt çıxacağını deyə bilmərəm", - deyə erməni baş nazir mətbuat könfransında qeyd etmişdi. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
39
bizimyol.info

10Mənbələr