AZ

“Mançester Yunayted” İngiltərə Kubokunda rekorda imza atdı

İngiltərə Kubokunun yarımfinalı çərçivəsində “Koventri Siti”yə qarşı oyun “Mançester Yunayted” üçün ikiqat əlamətdar olub.

Arena.az xatırladır ki, “qırmızı şeytanlar” əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış oyunu oyunsonrası penaltilər silsiləsində 4:2 hesablı qələbə ilə öz xeyrinə həll etməyi bacarıblar.

Beləliklə Mançester təmsilçisi İngiltərə Kubokunun finalına yüksəlib və bu göstəricidə mütləq rekord müəyyənləşdirib.

Bu, “Mançester Yunayted”in İngiltərə Kubokunun finalında 22-ci iştirakı olacaq. Sözügedən klub müvafiq göstəricidə “Arsenal”la şərik olduğu rekordu yeniləyib. “Topçular” 21 dəfə İngiltərə Kubokunun finalında oynayıblar.

MY İngiltərə Kubokunun həlledici oyununda əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşacaq. Oyun 2024-cü ilin may ayının 25-də Londonun “Uembli” stadionunda baş tutacaq.

Xatırladaq ki, “Mançester Siti” İngiltərə Kubokunun cari qalibidir. Sözügedən komanda ötən mövsüm finalda məhz MY ilə qarşılaşmış və 2:1 hesablı qələbəyə sevinmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
11
Mənbələr
Şərh ()
Bağla