AZ

Ərdoğan İraqa getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfərə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İraqa səfəri zamanı Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim müşayiət edir. Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Prezident Administrasiyası yanında Rabitə İdarəsinin rəhbəri Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Bir günlük səfər çərçivəsində Ərdoğan İraq prezidenti Əbdül Lətif Rəşid və baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşlər keçirəcək. Türkiyə və İraq liderlərinin görüşündən sonra birgə mətbuat konfransı və ikitərəfli sazişlərin imzalanması mərasimi keçiriləcək.

Ərdoğan səfəri çərçivəsində Ərbil şəhərinə də səfər edəcək.

Günel Mikayılova,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
22
Mənbələr
Şərh ()
Bağla