AZ

Şəhidlərimizin ruhu Şuşa dağlarında bizi izləyirdi - Reportaj

Səhər saat 6-dır. Artıq yola çıxmağa hazırıq. Yolumuz Şuşayadır. İlk dəfəydi Şuşaya gedirdim. Yeddi yaşımda çıxdığım Cəbrayılda eşitmişdim Şuşanın adını. İndi isə 37 yaşım var. Öz yaşımdan üç yaş böyük oğlumla, bacımın ailəsi ilə Şuşaya yola düşürdük. Həyəcanlıydım... 

Yolboyu fikirləşirdim görəsən oralar necədi? Artıq Fizuliyə çatmışdıq, həyəcanımız daha da artmışdı. Dağllmış evlər, viran olunmuş torpaqlar görünürdü. İgid oğularımız bu yolda öz canlarını fəda etmiş, şəhidlik zirvəsinə uçalmış, qazilırimiz öz əzalarını qurban vermişdi bu vətən uğrunda. Bunları düşünüb, gözümün qarşısında canlandırmağa çalışıb irəlləyirdik.

Fizulidə  dağılmış evlərin yanında yeni  tikilən evlər görünürdü. Burda həyat yenidən başlamışdı. Vətən yenidən dirçəlirdi.

Fizulidən sonra üzü Şuşaya yol aldıq. Sıralannan Şuşa dağları başlanırdı. Hansı əziyyətlərlə, zülümlə bu dağları çıxan oğuların ruhu bu dağlarda bizi izləyirdi. Vətən oğullarımız, Allah sizə rəhmət eləsin! Nur içində yatın ey oğullar. Daşaltıya çatdıq, yeznəmizin həzin səslə ifa etdiyi “Şuşanın dağları” mahnısı məni uzaqlara apardı. Göz yaşlarımı saxlıya bilmədim. Artıq Şuşa qalasında idik. Gəzdik və arzu eydiyim “Gövhər ağa” məscidinə çatdıq. Yeznəm yenə o həzin səsi ilə bir gözəl azan verdi. Sanki şəhidlərimiz də bizi dinləyirdi. Sühb vaxtıydı, namazı qıldıq, dua etdik, şəhidlırimizə rəhmət dilədik. Və çıxdıq “Vaqif” məqbərəsində gəzdik, ordan Cıdır düzünə çatdıq. İgid oğularımız nə əzabla, nə zülümlə sıldırım qayaları keçərək Cıdır düzünü azad etdikləri gözümün qarşısından keçdi kino lenti kimi... Bir anlıq səsim çatana kimi qışqırıb demək isdədim ki, ey igidlərimiz, bizlər sizlərin hesabına burdayıq... 

Şuşa şəhidlərini ziyarət etdik. Azər dedi ki, bəlkə Şuşa həbsxanasına gedək? Bir anlıq elə bil durduğumuz yer başıma fırlandı və biz üzü həbsxanya sarı yol aldıq. Darvazadan içəri girdik və elə bil burda 32  il oğularımıza, qızlarımıza verilən işgəncə, zülmün ah-naləsi qulaqlarıma gəldi. Elə bil o səslər deyirdi xoş gəlmisiz Azad Şuşaya, bizi artıq Azərbaycan igidləri xilas edib, biz azadıq, ruhlarımız göylərdən sizi görür və xöşbəxtik. 

Həbsxananın otaqlarını bir-bir gəzir, olanları sanki biz də yaşayırdıq. Bir anlıq fikirləşdim ki, İlahi, Şuşa azad olnunandan sonra bura gələn əsirlərin, dünyasını dəyişənlərin yaxınları, əzizləri necə dözüb bu mənzərəni izləməyə? Hələ biz dörd il sonra gəlmişik, göz yaşlarımızı saxlaya bilmirik. 

Daha sonra işgəncə verilən otaqlardan birinə keçirəm. İçgəncə alətləri, döşəkləri, çarpayı turbaları hamısı orda baş verənləri sanki bizə danışır. Həbsxanaya girəndən çıxana kimi bu acı məni yandırırdı, göz yaşlarımı sel döndü. Ordan çıxanda bacımın balaca qızı Gülgəz və oğlum Telmanın səsi mən elə bil yuxudan ayıltdı: "Ana, xala biz acmışıq axı..." Türmənin qarşısında bir dəmirin üzərində uşaqlara yemək verdim, nahardan sonra üzü İsa Bulağına yol aldıq. Ora çatanda polislərimiz bizi çox yaxşı qarşıladı. İlahi, bulağın əsrarəngiz suyu dadı necə gözəl idi. İnsanlar bulağa axışır, şəhidlərimizə rəhmət oxuya-oxuya sudan içirdilər. Yadıma düşdü ki, maşında su qabı var, onu doldurum ki, Vətən həsrəti çəkən ata-anama da bir qurtum su aparım. Şuşa səfərimiz barədə onlara heç nə demənişdim axı... Desəm narahat olardılar. Ona görə heç o haqda danışmamışdım. Yoldaşıma, yeznəmə, bacıma, uşaqlarada tapşırmışdım ki, nə badə onların yanında da bu haqda danışsınlar, gedib gələndən sonra deyərik. Suyu götürdük və yol aldıq Bakıya. Yolboyu bu sevinci bizə yaşadan şəhidlərimizə, Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirdim. Vətən torpağı sizlərin hesabına azad və firəvandı, Ey vətən oğuları! Ruhunuz şad olsun!

İnşallah, ardı Cəbrayılda...

Elyanə Akif qızı 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
12
yenisabah.az

9Mənbələr