AZ

Əvəzedicilər: Lider “Neftçi” xal itirdi, “Sabah” qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 31-ci turun qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Zirə” və lider “Neftçi”nin əvəzedici komandaları arasında keçirilmiş oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Səfərdə “Kəpəz”in əvəzediciləri ilə qarşılaşan “Sabah”ın ikinci komandası isə 3 xalı tək qolla qazanıb.

Əvəzedicilər Liqası
31-ci tur
20 aprel

“Turan Tovuz-2” – “Sumqayıt-2” 1:6
Qollar: Sadiq Şəfiyev, 84-pen – Qabil Əlizadə, 14. Raul Məmmədov, 45+2-öz qapısına. Uğur Cahangirov, 58. Sənan Muradlı, 64; 78. Rüstəm Hümbətov, 70.
Hakimlər: Mahmud Bağırzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Emin Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:2
Qollar: Oruc Məmmədov, 64. Taleh Qarayev, 87.
Hakimlər: Rəsul Babayev, Ruslan Babayev, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 16:00.

21 aprel

“Qarabağ-2” – “Qəbələ-2” 1:2
Qollar: İbrahim Camalov, 61-pen – Eşqin Əhmədov, 43. İlkin Budaqov, 79.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Samir Qaracayev, Xalid Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 16:00.

22 aprel

“Zirə-2” – “Neftçi-2” 2:2
Qollar: Vüsal Əliyev, 44, Nazim Həsənzadə, 52 – Cavanşir Şahbazlı, 17. Turan Vəlizadə, 73.
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: İdris İnqilablı, 46.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Zakir Şükürzadə, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
Mənbələr
Şərh ()
Bağla