AZ

Anjey Kasprşik - ATƏT fəaliyyətinin göstəricisi + ŞƏRH + FOTO

Vaxtı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, Minsk qrupu və həmsədrlər kimi qurumlar var idi.

Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə onların da mövcudluğu tarixə göndərildi. Ancaq nə qədər qəribə də olsa, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik hələ də bu vəzifəni tutur.

ATƏT qaydalarına əsasən, onun istənilən bölməsində bir nəfər 10 ildən artıq işləyə bilməz. Yəni bir əməkdaşın bu qurumdan 10 il əməkhaqqı almaq hüququ var. Sonra həmin şəxs, hər hansı bir fenomenal göstəriciləri olsa belə, qurumdan uzaqlaşdırılır. Bu, bir sıra neqativ halların qarşısını almağa hesablanıb.

Ancaq Anjey Kasprşik bu vəzifəyə 1995-ci il avqustun 10-da təyin edilib. Bundan əvvəl o, Polşanın Kuba və Zimbabvedə səfiri vəzifələrində çalışıb.

Üç ildən artıqdır, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin və keçmiş Minsk qrupunun yaxından və uzaqdan iştirakı olmadan öz ərazisindəki münaqişəni həll edib.

İşğal dövründə xüsusi nümayəndənin əsas vəzifəsi qoşunların təmas xəttində atəşkəsə əməl edilməsinə nəzarət etmək olub. Çünki 1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında Qırğızıstanın paytaxtı Bişkekdə atəşkəsə dair protokol imzalandıqdan sonra bu rejimə əməl edilməsi beynəlxalq səviyyədə müşahidə edilirdi. Bu proses Anjey Kasprşikin başçılığı ilə reallaşırdı. Təbii ki, onun həyata keçməsi səviyyəsi 1994-cü ildən 2020-ci il sentyabrın 27-dək baş verən hadisələrdə özünü göstərib.

Yəni ATƏT-in daxili qaydası Anjey Kasprşikin işdə qalması ilə bağlı iki dəfə pozulub. Həmin prosedura əsasən, 2005-ci ildə o, tutduğu vəzifədən azad edilməli idi. Ancaq buna baxmayaraq, onun səlahiyyət müddəti daha 15 il uzadılıb. Məlum qaydanı pozmamaq üçün Kasprşiki sonrakı dövrdə sədrin xüsusi nümayəndəsi olaraq seçiblər. Əslində, bu da qaydalara zidd sayılır. Çünki bu vəzifəyə əməkdaş təyin olunur.

Deməli, polşalı səfir 19 ildir, qanunsuz olaraq ATƏT-in büdcəsindən əməkhaqqı alır.

Qeyd edək ki, Azərbaycan da qurumun üzvüdür. Təşkilatın 2018-ci ildə büdcəsi 141 milyon avro olub. Onun 60 faizini ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Almaniya təmin edir. Hesabat ilində Azərbaycan bu təşkilata hər il 45 min avro üzvlük haqqı ödəyib. Belə qənaətə gəlmək olar ki, Anjey Kasprşikin işi əməkhaqqı almaq, ən ağır işi isə əməkhaqqı cədvəlini imzalamaqdır. Ümumiyyətlə, demək olar ki, Anjey Kasprşik üç ildən artıqdır, görmədiyi iş üçün pul alır, çünki 2020-ci ilin noyabrından sonra təmas xətti ləğv edilib.

Bir məsələyə diqqət etmək istərdik. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədyanı bölgədə Fransanın təşəbbüsü ilə Avropa İttifaqının mülki müşahidə missiyası adı altında 200-dən çox hərbçi yerləşdirilib.

ATƏT və onun qurumları daha məhsuldar, ədalətli fəaliyyət göstərsə idilər, o zaman Fransanın bölgəyə qərəzli müdaxiləsinə ehtiyac qalmazdı. Onda Anjey Kasprşik də fəaliyyətini yeni missiya ilə davam etdirə bilərdi. Bu halda ATƏT qəbul etdiyi fəaliyyət nizamnaməsinə də əməl etmiş sayıla bilərdi.

Təşkilat quruma üzv ölkələrə qanun və qaydalara əməl edilməsi ilə bağlı müxtəlif səviyyələrdə tövsiyələr verir. Bir sıra hallarda qanun pozuntularına görə ölkələrə etiraz edir. Ancaq olmayan bir münaqişəyə görə polşalı diplomatın əməkhaqqı alması ATƏT-in büdcəsinin məqsədəuyğun xərclənməməsi və dağıdılması anlamına gəlir.

Bu onu da isbatlayır ki, başqa ölkələrə məsləhət verib, barəsində qərəzli rəy formalaşdıran neçə-neçə mənasız beynəlxalq qurumlar var. Anjey Kasprşik də ATƏT-in fəaliyyətsizliyinin göstəricisi sayıla bilər.

“Report” İnformasiya Agentliyi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8311
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5344
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5165
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4909
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4703
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3822
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3112
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2872
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2806
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2775
Sabah 20 dərəcə isti olacaq
2712
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2307
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2280
Röyanın biabırçı videosu yayıldı
2254
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2094
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1891
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1742
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1711
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689